
İyulun 3-də Qazaxıstanın Almatı şəhərində start götürəcək yeniyetmələr arasında Asiya Kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək.
Sportnet.az Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, qızlardan Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), oğlanlardan Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar.
Onlar ACF prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.
Xatırladaq ki, iki gün davam edəcək turnirə 10 ölkədən 459 idmançı qatılacaq.