
Mütləq Döyüş Çempionatının (UFC) növbəti turniri keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Neşvill şəhərində təşkil olunan yarışda gecənin əsas döyüşü ağır çəki dərəcəsində Derrik Lüislə Tallison Teyşeyra arasında baş tutub.
Lüis qarşılaşmanın ilk raundunda rəqibini nokaut edib.
UFC 70 gecəsinin əsas döyüşləri:
● Stiven Tompson (17-9-1) hakimlərin yekdil qərarı ilə Qabriel Bonfinə (18-1) uduzub - 28:29, 28:29, 28:29;
● Stiv Qarsiya (18-5) hakimlərin yekdil qərarı ilə Kelvin Kattara (23-10) qalib gəlib - 30:27, 30:27, 30:27;
● Morqan Şarrye (21-11-1) üçüncü raundda Neyt Landveri (18-7) nokauta göndərib;
● Ostin Leyn (13-7) ilk raundda Vitor Petrinoya (12-2) boğucu fəndlə uduzub;
● Junior Tafa (6-4) ikinci raundda Tuko Tokkosa (11-5) boğucu fəndlə məğlub olub.
Qeyd edək ki, UFC-nin növbəti turniri iyulun 20-də Nyu-Orleanda (ABŞ) keçiriləcək.