
UFC çempionu Merab Dvalişvili Ağ Evin ərazisində keçirilməsi nəzərdə tutulan turnirdə döyüşmək istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə gürcüstanlı idmançı WWOS-a müsahibəsində deyib.
"Mən Ağ Evdə döyüşəcəyəm. ABŞ pasportu olan yeganə UFC çempionuyam. Mən amerikalı deyiləm, amma ən azı vətəndaşlığım var", - deyə Dvalişvili bildirib.
Daha əvvəl prezident Donald Tramp 2026-cı ildə ABŞ-nin müstəqilliyinin 250 illiyinin şərəfinə Ağ Ev ərazisində UFC turniri təşkil etməyə hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, Merab Dvalişvili 2024-cü ilin martında ABŞ vətəndaşı olub. O, super yüngül çəki dərəcəsində UFC çempionudur.