
İkiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı, sabiq parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını başa vurub.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Abuzərli bundan sonra fəaliyyətini milli komandada köməkçi məşqçi kimi davam etdirəcək.
33 yaşlı sabiq paralimpiyaçı hazırda milli komandanın baş məşqçisi Fərid Tağızadəyə köməkçi qismində Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərindədir.