
Azərbaycan karateçiləri Türkiyədə keçirilən “Marmara Cup” beynəlxalq turnirində böyük uğur əldə ediblər.
Sportnet.az xəbər verir ki, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda millimiz ümumi medal sıralamasında birinci yeri tutub. Turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi mübarizə aparıb.
Azərbaycan idmançılarının nəticələri:
- 50 kq – Fatimə Cəbrayılova (bürünc)
- 55 kq – Mədinə Sadıqova (gümüş), Nəzrin Piriyeva (bürünc)
- 60 kq – Fərid Savadov (qızıl), Fariz Şahbazov (gümüş)
- 67 kq – Nuran Rzazadə (qızıl), Hüseyn Məmmədli (gümüş)
- 75 kq – Rəşid Süleymanov (qızıl)
- 84 kq – Turqut Həsənov (bürünc), Fərid Şahbazlı (bürünc)
- +84 kq – Asiman Qurbanlı (qızıl), Vahid Həsənov (bürünc)
Milli komanda Azərbaycan Karate Federasiyasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında çıxış edib. Yarış MDB oyunları öncəsi hazırlıq xarakteri daşıyıb və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.