
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparıb.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edib. 1/4 finaldan mübarizəyə qoşulan milli ilk görüşündə İsveçrəyə uduzsa da, təsəlliverici qarşılaşmada Slovakiyaya heç bir şans verməyib.
Lakin bürünc medal qarşılaşmasında Almaniya daha üstün olub - 4:2. Nəticədə Azərbaycan millisi çempionatı 5-ci pillədə başa vurub.
1/4 final
Azərbaycan – İsveçrə - 2:4
Təsəlliverici görüş
Azərbaycan - Slovakiya - 4:0
3-cü yer uğrunda görüş
Azərbaycan - Almaniya - 2:4
Qeyd edək ki, fərdi mübarizədə Azərbaycan 2 qızıl, 1 bürünc medalla oğlanlar arasında ümumi komanda hesabında birinci yeri tutub.