Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə ne-vaza üzrə seminarlar start götürüb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai rəhbərlik etdiyi seminarın “osei-komi-waza” təlimində iştirakçılara müxtəlif saxlama texnikalarının düzgün tətbiqi, onların praktiki nüansları və öyrədilmə metodikası izah olunub.
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən seminarda milli komandaların məşqçiləri ilə yanaşı paytaxt və regionlardan olan 60-dan çox məşqçi iştirak edib.


















































































