Azərbaycan cüdoçuları sentyabrın 27-də Çexiyanın paytaxtı Praqada start götürəcək Açıq Avropa Turnirinə qatılacaqlar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışa ümumilikdə 11 çəki dərəcəsində 24 cüdoçu (15 kişi, 9 qadın) qatılacaq.
İdmançılara kişilərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcək.
Kişilər
60 kq
Hüseyn Allahyarov
Murad Muradlı
Qasım Vəlizadə
66 kq
Kənan İsmayılov
Tofiq Məmmədov
Elşən Əsədov
Nazir Talıbov
İslam Rəhimov
73 kq
Kamran Süleymanov
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev
81 kq
Məhərrəm İmamverdiyev
90 kq
Naim Hüseynov
100 kq
Elmar Qasımov
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva
57 kq
Gülnarə Bayramova
Ülviyyə Bayramova
Vüsalə Hacıyeva
70 kq
Südabə Ağayeva
Aytac Qardaşxanlı
78 kq
Günel Həsənli
Nərmin Əmirli
Qeyd edək ki, turnirdə 37 ölkədən 454 idmançı (283 kişi, 171 qadın) qüvvəsini sınayacaq.








































































