
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi “Polish Open” beynəlxalq turnirində 3 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, medallardan 1-i qızıl, 2-si bürünc əyarlı olub.
Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.