
III MDB Oyunlarında Azərbaycan komandası atıcılıq idman növü üzrə eyni gündə iki medal qazanıb.
Sportnet.az xəbər verir ki, Qəbələ Atıcılıq Mərkəzində keçirilən yarışda stend atıcılığı üzrə qadınların səngər növündə Nərmin Cəfərova, kişilərin səngər növündə isə Mürtəza Novruzlu gümüş medal əldə edib.