
Azərbaycan taekvondoçuları III MDB Oyunlarını 22 medalla başa vurublar.
Sportnet.az-ın məlumatına görə, medallar iki gün ərzində bərabər sayda əldə olunub.
İkinci yarış günündə 1 qızıl, 10 bürünc medal qazanılıb.
Vasif Səlimov 68 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Digər 10 taekvondoçu - Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) çıxışını bürünc medalla başa vurub.
İlk yarış günündə isə Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) qızıl, Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) gümüş, Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov, Zeynal Əliyev (hər ikisi – 87 kq), Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) medal əldə edib.
Beləliklə, Azərbaycan taekvondoçuları MDB Oyunlarında 4 qızıl, 2 gümüş, 16 bürünc medal qazanıblar.
Xatırladaq ki, taekvondo yarışları Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.