
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası Özbəkistana 37:45 hesablı ilə uduzub.
Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət millisi isə 1/4 finalda Belarus yığması ilə qarşılaşıb. Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət milli 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub. Görüş qonşu ölkə yığmasının qələbəsi ilə yekunlaşıb - 45:32.
Beləliklə, Azərbaycan komandası bürünc medalla kifayətlənib.
Daha öncə şpaqa üzrə qızlardan ibarət komanda bürünc medal qazanıb.