
Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.
Mundialda Azərbaycan ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı (6 oğlan, 2 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yarışda 65 ölkədən 463 cüdoçu iştirak edəcək.
Dünya çempionatının təsnifat mərhələsinin görüşləri hər gün Bakı vaxtı ilə saat 16:30-da, medal görüşləri isə 03:00-da başlanacaq.
Oğlanlar
60 kq, 1/32 final
Fərid Qarayev – Yuk Yu Lam (Honkonq)
60 kq, 1/16 final
Nihad Məmişov – Luka Kabekana (Almaniya) / İsxak Aşpiz (İsrail) cütünün qalibi ilə
66 kq, 1/32 final
Nizami İmranov – Alessandro Bikornyi (İtaliya)
66 kq, 1/16 final
Məhəmməd Musayev – Saud Alzahrani (Səudiyyə Ərəbistanı)
81 kq, 1/16 final
Süleyman Şükürov – İnyaki Baztan Merçan (İspaniya) / Genadi Çijevski (Moldova) cütünün qalibi ilə
+100 kq, 1/16 final
Ramazan Əhmədov – Giorgi Baduaşvili (Gürcüstan)
Qızlar
52 kq, 1/32 final
Xədicə Qədəşova – Harli Hiller (ABŞ)
52 kq, 1/16 final
Aydan Vəliyeva – Lola Hodson (Böyük Britaniya).
Qeyd edək ki, dünya çempionatı oktyabrın 5-də start götürəcək.