Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, beynəlxalq dərəcəli referi bununla bağlı yerli qurumdan xüsusi dəvət alıb.
Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.
Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.














































































