Qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, fevralın 9-da Tatabanya şəhərində startı götürən hazırlıq prosesində Macarıstan, Litva, Almaniya, Finlandiya, Yaponiya, Rusiya, Braziliya, Türkiyə, Estoniya, İtaliya və Rumıniyadan olan güləşçilər də iştirak edir.
Əsasən taktiki-texniki çalışmaların üstünlük təşkil etdiyi toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) yer alıb.
Hazırlıq prosesi fevralın 21-dək davam edəcək.







































































