Fevralın 16-da Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Sportnet.az xəbər verir ki, yarışda 38 klub və idman cəmiyyətini təmsil edən 242 cüdoçu 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Onlardan 211-i kişi, 31-i qadındır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.







































































