Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu ilə (12 kişi, 6 qadın) təmsil olunacaq.
Turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.
Fevralın 27-də start götürəcək Daşkənd Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 09:30-dan etibarən "Judo TV"də, final bloku isə saat 16:00-dan "CBC Sport"un “YouTube” kanalında canlı yayımlanacaq.
60 kq, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)
66 kq, 1/16 final
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)
73 kq, 1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
73 kq, 1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)
81 kq, 1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
90 kq, 1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
100 kq, 1/16 final
Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
100 kq, 1/8 final
Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi ilə
48 kq, 1/16 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)
52 kq, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
63 kq, 1/16 final
Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)
70 kq, 1/16 final
Südabə Ağayeva – Kamila Badurova (Rusiya)
+78 kq, 1/16 final
Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)