Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, yığma hazırlığa Şamaxıda başlayıb.
Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.
Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.














































































