Azərbaycanın sərbəst güləş üzrə U20 milli komandamız növbəti təlim-məşq toplanışına başlayır.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, milli aprelin 1-dən Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək
Toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.
Milli toplanış bitdikdən sonra 17 - 19 apreldə keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.










































































