Aprelin 12-dən 14-dək Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” keçiriləcək.
Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, U17 yaş qrupu üzrə keçiriləcək turnirdə ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millimiz təmsil edəcək.
Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı, Əli Musayev (hər ikisi 45 kq), Ömər Salmanov, Yusif Mirzəyev, Ümid Babayev (hamısı 48 kq), Abdurrahman Hüseynli, Hüseyn Mustafazadə (hər ikisi 51 kq), Qurban Məcnunov, Amin Məmmədov (hər ikisi 55 kq), Elmir Çərkəzov, Elmir Abdulla (hər ikisi 60 kq), Orxan Həbibli, Nihad Məhərrəmov (hər ikisi 65 kq), Nadir Həsənov, Əli Məmmədov, İbrahim Babayev (hamısı 71 kq), Ruslan Nuriyev, İsfahan Həsənov, Zəka Yusubov (hamısı 80 kq), Zöhrab Səfərov (92 kq), Emin Baxşəliyev, Məhəmməd Mustafayev və Manaf Məmmədli (hamısı 110 kq) yunan-Roma güləşində uğur qazanmağa çalışacaq.
Sərbəst güləş üzrə millinin tərkibində isə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında isə Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) yer alacaq.
Ənənəvi yarışda II dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyacaq.















































































