Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxıb.
3 kişi və 4 qadın idmançı 4 çəki dərəcəsində mübarizə aparıb. Onlardan 4-ü bürünc medal görüşünə vəsiqə qazanıb.
İlk olaraq, mübarizəyə qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva başlayıb. O, 1/16 finalda Lüksemburq təmsilçisi Karla Tavares Fernandeşlə üz-üzə gəlib. Məmmədəliyevanın ipponla qələbə qazanaraq, 1/8 finala yüksəlib. Növbəti rəqib macarıstanlı Reka Papp olub. Rəqibinə cərimə xalları ilə uduzan Məmmədəliyeva mübarizəni dayandırıb.
Bu çəkidəki azərbaycanlı digər cüdoçu Leyla Əliyeva serbiyalı Nikolina Nisaviçlə qarşılaşmalı olsa da, rəqibi yarışa buraxılmadığı üçün birbaşa növbəti mərhələyə yüksəlib. 1/8 finalda o, italiyalı Odette Giuffrida ilə qarşılaşıb. Rəqibinə cərimə xalları ilə uduzan L.Əliyeva mübarizəni dayandırıb.
48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/16 finalda Kosovodan olan Erza Muminoviçə qalib gəlib. Həmidova növbəti görüşündə ötənilki dünya çempionu, italiyalı Assunta Skuttoya rəqib olub. Azərbaycanlı cüdoçu yüksək əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıb. Həmidova 1/4 finalda isveçli, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının və dünya çempionatının bürünc medalçısı Tara Babulfatla qarşılaşıb. O, rəqibinə 36 saniyəyə qalib gələrək, adını yarımfinal mərhələsinə yazdırıb. Finala gedən yolda Həmidova fransalı, qarışıq komanda yarışında Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 4 qat Avropa çempionu Şirin Bukli ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan azərbaycanlı cüdoçunun bürünc medal görüşündə rəqibi ispaniyalı, Avropa və dünya çempionatlarının bürünc medalçısı Laura Abelenda Martines olacaq.
Könül Əliyeva isə niderlandlı Amber Gersyesi cərimə xalları ilə üstələyib. Onun 1/8 finaldakı rəqibi ispaniyalı Laura Martines Abelenda olub. Rəqibinə uduzan K.Əliyeva mübarizəni dayandırıb.
Kişilərin mübarizəsində isə 66 kq-da Turan Bayramov 1/16 finalda almaniyalı Nikolas Kuntseni üstələyib. O, növbəti görüşündə italiyalı Elios Manzi ilə üz-üzə gəlib. Bu qarşılaşmadan da qalib ayrılan Bayramov 1/4 finalda rusiyalı Murad Çopanovla görüşüb. Qızıl xal bölümündə uduzan azərbaycanlı cüdoçu mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirib. Rəqib isə moldovalı Radu İzvoreanu olub. Qarşılaşmadan qalib ayrılan Bayramov bürünc medal görüşünə vəsiqə qazanıb. O, həlledici qarşılaşmada rusiyalı Abdullax Parçiyevlə üz-üzə gələcək.
60 kq-da Balabəy Ağayev italiyalı Andrea Karlinonu yenərək, 1/4 finala yüksəlib. Onun növbəti rəqibi Ukrayna təmsilçisi Dilşot Xalmatov olub. Rəqibinə 14 saniyəyə ipponla qalib gələn Ağayev adını yarımfinala yazdırıb. Finala gedən yolda onun rəqibi gürcüstanlı cüdoçu Giorgi Sardalaşvili olub. Hakim haqsızlığı nəticəsində rəqibinə uduzan azərbaycanlı cüdoçu bürünc medal görüşündə çıxış edəcək.
Bu çəkidəki digər azərbaycanlı cüdoçu Əhməd Yusifov isə 1/8 finalda böyük britaniyalı Çarli Eyri yenməyi bacarıb. O isə Fransa təmsilçisi Luka Mxeidzeyə rəqib olub. Görüşdən məğlub ayrılan Yusifov mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək. Rəqib isə daha bir fransalı Romen Valadye Pikar olub. Qarşılaşmadan qalib ayrılan Yusifov bürünc medal görüşünə vəsiqə qazanıb. Rəqib isə Balabəy Ağayev olacaq. Bu isə o deməkdir ki, nəticədən asılı olmayaraq, Azərbaycan bürünc medalı təmin edib.
Kişilər:
60 kq, 1/8 final
Balabəy Ağayev – Andrea Karlino (İtaliya)
1/4 final
Balabəy Ağayev - Dilşot Xalmatov (Ukrayna)
1/2 final
Balabəy Ağayev - Giorgi Sardalaşvili (Gürcüstan)
1/8 final
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya)
1/4 final
Əhməd Yusifov - Luka Mxeidze (Fransa)
Təsəlliverici görüş
Əhməd Yusifov - Romen Valadye Pikar (Fransa)
Bürünc medal görüşü
Əhməd Yusifov - Balabəy Ağayev
66 kq
1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)
1/8 final
Turan Bayramov - Elios Manzi (İtaliya)
1/4 final
Turan Bayramov - Murad Çopanov (Rusiya)
Təsəlliverici görüş
Turan Bayramov - Radu İzvoreanu (Moldova)
Bürünc medal görüşü
Turan Bayramov - Abdullax Parçiyev (Rusiya)
Qadınlar
48 kq
1/16 final
Könül Əliyeva – Amber Gersyes (Niderland)
1/8 final
Könül Əliyeva - Laura Martines Abelenda (İspaniya)
1/16 final
Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)
1/8 final
Şəfəq Həmidova - Assunta Skutto (İtaliya)
1/4 final
Şəfəq Həmidova - Tara Babulfat (İsveç)
1/2 final
Şəfəq Həmidova - Şirin Bukli (Fransa)
Bürünc medal görüşü
Şəfəq Həmidova - Laura Abelenda Martines (İspaniya)
52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)
1/8 final
Gültac Məmmədəliyeva - Reka Papp (Macarıstan)