Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Balabəy Ağayev haqsızlıqla üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu, 60 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançının yerli tatami ustası Giorgi Sardalaşvili ilə yarımfinal görüşündə yaşanıb.
Ağayev oyunun sonlarına doğru yuko xalı ilə öndə olduğu vaxt hakimlər Sardalaşvilinin hərəkətini daha yüksək xal sayılan vaza-ari kimi qiymətləndiriblər. Nəticədə gürcüstanlı cüdoçu hesabda önə keçib.














































































