"Ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalını qazandım. Hədəfim isə qızıl medal idi, alınmadı. Qismət başqa yerə imiş".
Sportnet.az xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Avropa çempionatında 60 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Əhməd Yusifov yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı idmançı səhvlər üzərində işləyərək, daha güclü olmağın gərəkliyini bildirib.
















































































