Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib belçikalı Mattias Kasse olub.
Qarşılaşmadan qalib ayrılan Tçkayev bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisinin Avropa çempionatındakı medal sayı 4-ə yüksəlib. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Manafov (66 kq) bürünc medal əldə edib. Tçkayev isə ardıcıl ikinci il Avropa çempionatını bürünc medalla başa vurub. Ötən il o, Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş analoji yarışda fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdi.
















































































