Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü Nihat Məmmədli (60 kq) federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşüb.
Sportnet.az xəbər verir ki, o, bürünc medal qazanması ilə bağlı bu fikirləri səsləndirib:
“Bu, artıq Avropa çempionatında 4-cü medalımdır. Buna görə şükür edirəm. Təbii ki, istərdim ki, qızıl medalla qayıdım. İki Avropa çempionatında qızıl medal qazanmışdım. Bəzən hər şey istədiyin kimi olmur. Əlbəttə ki, səhvi başqalarında axtara bilmərəm. Bu yarışa kimi çox yaxşı təlim-məşq toplanışlarından keçmişdik. Çox yaxşı hazırlaşmışdıq komanda olaraq. Bundan sonra daha yaxşı hazırlaşıb, əlimdən gələni edəcəm ki, yenidən çempion olum”.












































































