Yunan-Roma güləşi üzrə 4 qat Avropa çempionu Həsrət Cəfərov (67 kq) federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşüb.
Sportnet.az-ın məlumatına görə, qızıl medal sahibi bunları deyib:
“Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm”.














































































