Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu Qurban Qurbanov (82 kq) federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşüb.
Sportnet.az xəbər verir ki, o, qızıl medal qazanmağını belə ifadə etdi:
“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.















































































