“Şükürlər olsun, komanda olaraq yaxşı çıxış etdik".
Sportnet.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev federasiyanın rəsmi saytına açıqlamasında deyib.
79 kq çəki dərəcəsində çıxış edən Hacıyev çıxışını dəyərləndirib: "Kislovodskidə yaxşı təlim-məşq toplanışı keçdik. Axırıncı hazırlığımız Bakıda oldu. Müəllimlərimin hamısı yanımda idi. Bu mənim böyüklərin Avropa çempionatında ikinci çıxışım idi. Əlbəttə, çempion olmaq istəyirdim. Bu dəfə üçüncü yerə çıxdım. İnşallah, gələn il daha da yaxşı hazırlaşıb, bu medalın əyarını qızıl edərəm. Qarşıdan dünya çempionatı gəlir. Ona da yaxşı hazırlaşacağam.”













































































