"Sabah" və "Neftçi" arasındakı Azərbaycan Premyer Liqasının XXXII tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 83-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Coy Lens Mikels topu qonaq komandanın texniki zonasındakı köməkçi-məşqçilərin birindən aldıqdan sonra topu onun üzünə çırpıb.
Bu səbəbdən, Mikels etirazla qarşılanıb. Ona sərt formada irad bildirən Emil Səfərov ikinci sarıdan, "Sabah"ın forvardı isə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, Coy Lens Mikels hazırda 19 qolla Azərbaycan Premyer Liqasının bombardiridir. Sonuncu turda o, cəza üzündən oynamayacaq. Lakin bu futbolçunu əsas rəqiblərinin ötüb keçmələri real görünmür.









































































