Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri bu gün başa çatacaq.
Sportnet.az-ın məlumatına görə, son günündə Azərbaycanın daha iki cüdoçusu qüvvəsini sınayacaq.
Kişilər
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki
Camal Qamzatxanov – Yovan Pekoviç
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:00-da, final bloku saat 16:00-da start götürəcək.
Qeyd edək ki, hələlik Azərbaycan millisinin aktivində bir bürünc medal var. Həmin medalı 73 kq çəki dərəcəsindəki Rəşid Məmmədəliyev qazanıb.












































































