Mayın 11-də Almaniyanın Münhen şəhərində start götürəcək taekvondo üzrə böyüklər arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, beş gün davam edəcək yarışda Azərbaycanı 9 idmançı təmsil edəcək.
Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlardan isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizə aparacaq.


















































































