1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İstanbula yollanacaq "11-lik" açıqlandı
Yanvarın 30-da Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş güləş üzrə 34-cü beynəlxalq turnirə start veriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkəmizi 11 yunan-Roma güləşçisi təmsil edəcək.
Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə məşqçilər korpusu qarşıdan gələn yarışlara hazırlıqları yoxlamaq məqsədilə Murad Bazarov, Kərim Cəfərov, Eldəniz Əzizli, Murad Məmmədov (hamısı 59 kq), İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Emin Əhmədov (80 kq), Sultan İsmayılov (85 kq), Türmən Eyyubov, Orxan Nuriyev (hər ikisi 98 kq) və Oyan Nəzərianiyə (130 kq) şans verəcək. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.
Turnirin proqramına əsasən, yanvarın 30-da 59, 71, 80 və 98 kq, yanvarın 31-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq.