Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası bir medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli yarımfinala gedən yolda monakolu Yan Sikkardi, kanadalı Sergio Pessoa və braziliyalı Erik Takabatakeni yenib. Finala vəsiqə uğrunda görüşdə isə onun qarşısını tatami sahibi Lüdvik Peyşer kəsib. Lakin Şirinli təsəlliverici görüşdə qırğızıstanlı Otar Bestayevə qalib gələrək bürünc medal qazanıb.
Digər cüdoçulardan Davud Məmmədsoy (60 kq) və Fəqan Quluzadə (73 kq) 5-ci olublar. Oruc Vəlizadə, Elbrus Zamanov (hər ikisi 60 kq), Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), İsmayıl Piriyev, Vüqar Bayramov (hər ikisi 73 kq) mübarizəni erkən dayandırıblar.