1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baku Fires" qələbə ilə lider oldu
Azərbaycanı WSB (Ümumdünya Boks Seriyası) Liqasında təmsil edən "Baku Fires” klubu 3-cü görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Nuripaşa Talıbovun komandası Boks Mərkəzində "Puerto Riko Hurricanes” klubu ilə qarşılaşıb.
Görüş "Baku Fires"in qələbəsi ilə yekunlaşıb - 4:1. Qonaq komandanın Bakıya 5 deyil, 4 boksçu ilə gəlməsi səbəbindən 49 kq çəki dərəcəsində texniki qələbə qeydə alınıb. Digər çəkilərdəki döyüşlərin nəticələri:
56 kq. Yaraş Məhəmmədov– Edqardo Rolon - 3:0 (49:46, 49:46, 50:45)
64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera - 3:0 (50:44, 50:45, 50:44)
75 kq. Nikolay Veselov – Kristian Mbilli - 0:3 (46:49, 45:50, 45:50)
91 kq. Abdulqadir Abdullayev– Roman Fress (Abdullayev texniki nokdaunla qalib gəlib)
Bu nəticədən sonra 3 görüşə 5 xal yığan "Baku Fires" liderliyi ələ alıb. "Uzbek Tigers" 2 qarşılaşmadan 4 xalla 2-ci pillədədir. "Astana Arlans" 1 görüşdən sonra 3 xalla 3-cüdür. 2 qarşılaşmadan məğlub ayrılan "Puerto Rico Hurricanes" isə xalsızdır.