1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda 8 medal
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan millisi daha 3 medala yiyələnib.
Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb. Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.
Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.