1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimiz Dağıstanda yarışacaq
Azərbaycanın sərbəst güləşçiləri oktyabrın 22-də Dağıstanda Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamov mükafatı uğrunda sayca 7-ci açıq Respublika turnirində iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək turnirdə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında 12 idmançı yarışacaq.
Heyətdə Mahir Əmiraslanov, Pərviz İbrahimov, Arif Hüseynov (hamısı 57 kq), Orxan Nəsirov, Mahal Novruzov, Qüdrət Ağayev, Elçin Vəliyev, Əmrah İlyaslı (hamısı 65 kq), Cəbrayıl Həsənov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb.
Proqrama əsasən 57kq, 74 kq və 125 kq çəkidə idmançılar oktyabrın 22-də, 65 kq, 86 kq və 97 kq çəkidə pəhləvanlar isə oktyabrın 23-də xalça üzərinə çıxacaq.