1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"lilər Zaqrebdə 2 medal qazandı
Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil edilən ənənəvi "Croatia Open” beynəlxalq turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışda kişilərdən ibarət Azərbaycan milli komandası 7 idmançı ilə təmsil olunub və qazandığı 5 medalla komanda hesabında 1-ci olub.
G1 kateqoriyalı beynəlxalq yarışda "Qəbələ” İdman Klubunun üzvləri də uğurla çıxış ediblər. "Arena Zaqreb” İdman Kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə çıxış edən idmançımız, Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqani fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad rəqiblərindən Stojan Rabijac (17:8), Mario Zekic (12:0), Nikolaos Tzellos (12:3), İvan Karajlovic (18:4) və Roberto Bottaya şans verməyərək, yarışın qızıl medalını qazanıb.
63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov yarımfinaladək inamla irəliləsə də, finala yüksələ bilməyib. Təmsilçimiz bürünc medalla kifayətlənib.