Dünya Boks Şurasının (WBC) təşkil etdiyi döyüşlərdən biri Bakıda keçiriləcək.
Sportnet.az məlumatına görə, bu barədə qurumun prezidenti Maurisio Süleyman Bakıda keçirilən mətbuat konfransında bildirib. M.Süleyman bunun yaxın gələcəkdə baş verəcəyinə dair söz verib: "Konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın quruma üzv olması bir başlanğıcdır. Yaxın gələcəkdə burada döyüşlər də təşkil etməyi düşünürük”.
Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilir. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları təşrif buyurub.