1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Ukraynada basketbol oynadı - FOTOLAR
Oktyabrın 21-də "Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bir neçə gündür görüşün təşkil olunacağı Krivoy Roq şəhərinə yollanan Azərbaycan komandası hazırlıqlarını Ukraynada davam etdirir. Qarşılaşma ərəfəsində boksçularımızın KİV nümayəndələri üçün açıq məşqi gerçəkləşib. Məşq zamanı boksçular basketbol da oynayıblar. Hazırlıq prosesində yerli media qurumlarının əməkdaşları iştirak ediblər. Bu gün "Qəbələ” və KB-75 boksçularının çəkiölçmə mərasimi keçiriləcək.
Qeyd edək ki, 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Ramiz Mirkamalovun baş məşqçisi olduğu "Qəbələ"ni Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.