Azərbaycan millisi Rusiyanın Soçi şəhərində keçirilən dünya çempionatında ilk medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Fuad Məmmədov fəxri kürsüyə yüksəlib.
Məmmədov bürünc medala sahib olub.
Qeyd edək ki, bu, Azərbaycan samboçularının dünya çempionatında hələlik yeganə medalıdır.