Azərbaycanlı qılıncoynadan Kənan Əliyev Dünya Kubokuna hazırlığı Ukraynada keçəcək.
Sportnet.az-ın Qılıncoynatma Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, o, 19 - 23 yanvar tarixlərində baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi alıtnda Ukraynanın Kiyev şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Kənan Əliyev 25 - 26 yanvar tarixlərində Almaniyanın Haydenhaym şəhərində keçiriləcək şpaqa üzrə kişilərin Dünya Kuboku yarışında qüvvəsini sınayacaq.