Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri yarışı start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığmasının 4 üzvü mübarizəyə 1/32 finaldan qoşulub. Bunlar Kəramət Hüseynov, Vüqar Şirinli (hər ikisi 60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərovdur (hər ikisi 66 kq). Onların heç biri medal qazana bilməyib.
Qeyd edək ki, Azərbaycan yığmasının üzvlərindən Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Fəqan Quluzadə (81 kq) iyulun 28-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kindzerskaya (+78 kq) isə 29-da mübarizə aparacaqlar.
Yarışda 81 ölkənin 573 idmançısı - 367 kişi və 206 qadın cüdoçusu mübarizə aparacaq.
60 kq
1/8 final. Kəramət Hüseynov - Rüstəm İbrayev (Qazaxıstan)
1/16 final. Qanbat Boldbaatar (Monqolustan) - Kəramət Hüseynov
1/32 final. Çaba Sabo (Macarıstan) - Kəramət Hüseynov
1/16 final. Vüqar Şirinli - Tornike Tsjakadoea (Hollandiya)
1/32 final. Mutaz Xavjah (Səudiyyə Ərəbistanı) - Vüqar Şirinli
66 kq
1/32 final. Kennet Van Qansbek (Belçika) - Orxan Səfərov
1/32 final. Nicat Şıxalizadə - Elios Mantsi (İtaliya)