İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın son günündə 1 gümüş və 1 bürünc medal qazanıblar. Yeniyetmələr arasında olimpiya çempionu, 73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzub.
90 kq-dan yuxarı çəki dərəcəsindəki Hüseyn Məmmədov isə 3-cü yeri tutub.
Qeyd edək ki, Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib. Onlardan A4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.