İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa Kubokuna start verilib.
Sportnet.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Millinin aktivinə bir medal yazılıb. 60 kq çəki dərəcəsindəki Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italiyalı rəqibi Alessandro Aramunu da məğlub edən Yusifov qızıl medala yiyələnib.
Qeyd edək ki, 604 cüdoçunun mübarizə apardığı Avropa Kuboku bu gün başa çatacaq.