Yaponiya cüdoçusu Ay Şişime Bakıda ümummili lider Heydər Əliyevin xatirəsinə keçirilən "Böyük Dəbilqə" turnirində xoşagəlməz halla üzləşib.
Sportnet.az xəbər verir ki, 52 kq çəkidə mübarizə aparan asiyalı idmançı fransalı Buşar Amandin ilə final görüşündə zədələnib və yarışı davam etdirə bilməyib. O, zalı məşqçisinin kürəyində tərk edib.
Qeyd edək ki, Ay Şişime ötən il Bakıda keçirilən dünya çempionatında da ikinci olub.