İngiltərənin Mançester şəhərindəki taekvondo üzrə dünya çempionatının dördüncü yarış günündə Azərbaycan milli komandasının iki taekvondoçusu yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, bunlar Fəridə Əzizova və Milad Beigi Harçeqanidir. Qadınların yarışında 67 kq çəkidə yer alan Əzizova 1/4 finalda Fil Dişi Sahili təmsilçisinə, kişilərin mübarizəsində isə 80 kq çəkili Milad Beigi Harçeqani Moldova təmsilçisinə qalib gəlib.
Onlar yarımfinalda müvafiq olaraq, Çin və Cənubi Koreya taekvondoçuları ilə qarşılaşıblar. Əzizova uduzaraq bürünc medalla kifayətlənsə də, Harçeqani görüşünü qələbə ilə başa vurub və finala yüksəlib.