Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Qran-Pri" turniri başa çatıb.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Kişilərin mübarizəsində 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançı gümüş medala layiq görülüb.
Xatırladaq ki, bu Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldır. Yarışın ilk günü qadın cüdoçu Leylа Əliyevа "Qran-Pri"də 2-ci yeri tutub.