Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanın qadın cüdoçuları da iştirak edib. 40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər. Nərmin Əmirli (+70 kq) isə beynəlxalq turnirin bürünc medalını qazanıb.
Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.