
"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov ümumdünya cüdo günü münasibətilə klubun cüdo bölməsinin məşqçiləri - Rail İsmayılov və Ramil İsmayılov, cüdoçular - İmran Yusifov və Gülşən Bəşirova (hər ikisi klubumuzun Qəbələ rayonu cüdo bölməsi yetirməsi) ilə görüşüb.
Sportnet.az xəbər verir ki, Nəcəfov məşqçi və cüdoçularımızı son dövrdə dünya və Avropa miqyaslı turnirlərdə qazandıqları böyük uğurlara görə təbrik edib və uğurlar arzulayıb.
Sonda görüş iştirakçılarına hədiyyələr təqdim olunub.