Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az xəbər verir ki, milli komanda "Stayki" Olimpiya İdman Kompleksində yerli komandayla birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək toplanışda güləşçilər baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.